Rusiya tərəfindən atılan raket bu ölkənin sərhədini keçdi – Özəl

Rusiya Silahlı Qüvvələri tərəfindən atılan 2 ədəd qanadlı raket Ukraynanın Moldova ilə sərhədini keçib.

Aktualtv.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrini komandanı Valeriy Zalujnı “Telegram”da bildirib. Onun sözlərinə görə, yerli vaxtla təxminən saat 10:30-da bu raketlər Rumıniyanın hava məkanını da keçib, sonra onlar yenidən üç ölkənin sərhədinin kəsişdiyi yerdən Ukrayna ərazisinə daxil olub. Zalujnı qeyd edib ki, raketlər Qara dənizdən buraxılıb.

Qeyd edək ki, Rusiya səfiri Moldova Xarici İşlər Nazirliyinə çağırılıb. Moldova Xarici işlər nazirliyinin məlumatına görə, səfir Rusiya raketlərinin Moldovanın hava məkanını pozması səbəbi ilə Nazirliyə çağırılıb.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]