Xarici işlər naziri Mövlud Çavuşoğlu zəlzələlərdən sonra bu gün Türkiyəyə gələn Yunanıstanın xarici işlər naziri Nikos Dendias ilə görüşdə açıqlama verib.
Aktualtv.az xəbər verir ki, Çavuşoğlu açıqlamasında bunları deyib:
“Zəlzələdən dərhal sonra Türkiyəyə zəng edib yardım təklif edən ilk ölkələrdən biri Yunanıstan olub. Onlar dərhal axtarış-xilasetmə qrupları göndərərək çoxlu sayda təyyarə ilə Türkiyəyə humanitar yardım gətiriblər. Biz Yunanıstanın göndərdiyi axtarış-xilasetmə qrupları ilə görüşdük və onlara təşəkkür etdik. Gəldikləri andan gecə-gündüz burada səy göstərdilər. Hər bir insan sağ-salamat xilas edildikdən sonra biz burada təkcə Yunanıstan komandasının deyil, bütün Yunan xalqının necə xoşbəxt olduğunu gördük. Belə günlərdə mehriban qonşuluq özünü büruzə verir. 1999-cu ildə həm Türkiyədə, həm də Yunanıstanda təxminən bir ay fasilə ilə zəlzələ baş verdi. Əvvəlcə Yunanıstan köməyimizə qaçdı, sonra Türkiyə Yunanıstanın köməyinə qaçdı”.
Səbinə Kərimova / aktualtv.az










