SpaceX 55 Starlink peykini kosmosa göndərir – Özəl

SpaceX bu gün 55 Starlink mikropeykindən ibarət bürc daşıyan Falcon 9 raketini uğurla kosmosa buraxıb.

Aktualtv.az xəbər verir ki, raketin Kanaveral burnunda (Florida) kosmodromdan buraxılışı yerli vaxtla saat 00:10-da baş tutub. Onun buraxılışdan təxminən doqquz dəqiqə sonra avtomatik olaraq Atlantik okeanında üzən platformaya enməsi gözlənilir. Raket pillələrinin təkrar istifadəsi İlon Maskın şirkətinə vasitələrin orbitə çıxarılması xərclərini azaltmağa imkan verir.

Starlink şəbəkəsi 260 kq ağırlığında bir neçə cihazı yerləşdirməklə internetə çıxışı təmin etmək üçün nəzərdə tutulub. Ümumilikdə 11 min peykin orbitə buraxılması və istifadəyə verilməsinin 10 milyard dollara başa gələcəyini təxmin edən SpaceX, 5G standartına uyğun gələn 1 Gbps sürətlə genişzolaqlı internetə çıxış təmin edə biləcək.

SpaceX 2019-cu ilin may ayından etibarən 3200-dən çox Starlink peykini orbitə çıxarıb.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]