Amerika Birləşmiş Ştatlar məhkəməsi rusiyalı iş adamı Vladislav Klyuşini Amerika kompüter şəbəkələrindən oğurlanmış məlumatlardan istifadədə iştirak etməkdə təqsirli bilib.
Aktualtv.az xəbər verir ki, ittiham tərəfi iddia edib ki, hakerlər Birləşmiş Ştatlarda yerləşən iki şirkətin işçilərinin istifadəçi adlarını və parollarını oğurlayıb. Daha sonra onlar kompüterləri sındıraraq, “Microsoft” və “Tesla” da daxil olmaqla yüzlərlə şirkətdən məlumat əldə edib. Məlumatlardan istifadə edərək, onlar sxemləri üzə çıxarıb, 90 milyon dollara yaxın pul ala bilib. Klyuşinin vəkili müdafiə etdiyi şəxsin sxemlərin əldə olumasında iştirakçı olmadığını bildirib. Boston federal məhkəməsində iki həftə davam edən prosesdə Klyuşin qiymətli kağızlar fırıldaqçılığında da təqsirli bilinib.
Xatırladaq ki, Klyuşin ötən ilin martında Amerika Birləşmiş Ştatlarının tələbi ilə İsveçrədə həbs edilib. Dekabrda isə İsveçrə hakimiyyəti onu Birləşmiş Ştatlara ekstradisiya edib.

Büllur Məmmədova / aktualtv.az










