NATO-nun baş katibi Yens Stoltenberq Finlandiya və İsveçin alyansa qoşulması şərtlərini müzakirə etmək üçün fevralın 16-da Türkiyəyə gedəcəyini bildirib.
Aktualtv.az xəbər verir ki, onun sözlərinə görə, bu ölkələr Türkiyənin bütün şərtlərini yerinə yetiriblər və payıza qədər NATO-ya daxil olmalıdırlar. Baş katib əlavə edib ki, Finlandiya və İsveç NATO-ya ayrı-ayrı vaxtlarda da daxil ola bilərlər.
“Həm Finlandiya, həm də İsveç artıq NATO-ya daha yaxındırlar və daha çox inteqrasiya olunublar. Əsas məsələ onların hər ikisinin mümkün qədər tez tamhüquqlu üzv kimi təsdiq olunmasıdır”.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Stokholm şəhərində Türkiyə əleyhinə aksiyalardan sonra İsveçin NATO-ya üzvlük məsələsində Ankaranın dəstəyinə ümid etməməli olduğunu bildirib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və müdafiə naziri Hülusi Akar da analoji bəyanatlar səsləndiriblər.
Büllur Məmmədova / aktualtv.az










