Türkiyədəki zəlzələdə dağıntılar altından 261 saat sonra daha iki nəfər sağ çıxarılıb.
Aktualtv.az xəbər verir ki, Hatay şəhərinin Antakya rayonunun Odabaşı məhəlləsində təbii fəlakətdən 261 saat sonra 26 yaşlı Mehmet Ali Şakiroğlu və 33 yaşlı Mustafa Avcı dağıtılar altından sağ çıxarılıblar. Həmin şəxslər Hatay Səhra Xəstəxanasına aparılıblar.
Hatayın Antakya rayonunda 14 yaşlı Osman Halebiye 260 saatdan sonra dağıntılar altından xilas edilib.
Zəlzələnin episentri olan Kahramanmaraş şəhərinin mərkəzi rayonunda isə 258 saat sonra dağıntılar altından Neslihan Kılıç adlı qadın sağ çıxarılıb. 42 yaşlı qadının sağ çıxarıldığı yaşayış kompleksində 250-dən çox insan həlak olub. Qadının sağ çıxarılmasından sonra mətbuata açıqlama verən onun yaxın qohumu artıq məzarı hazırladıqlarını bildirib: “Xilasedicilərdən nəşi parçalanmasın deyə axtarışı dayandırmaqlarını istəmişdik”-deyə qeyd ediblər.
Büllur Məmmədova / aktualtv.az










