ABŞ və Körfəz Əməkdaşlıq Şurasının birgə işçi qrupu bəyanat yayaraq İranın sabitliyi pozan siyasətini pisləyib.
Aktualtv.az xəbər verir ki, bəyanatda İrandan sabitliyə xələl gətirən, eyni zamanda terror fəaliyyətlərini dayandırması tələb edilib. Həmçinin İranın qabaqcıl raketlərinin, kiber silahlarının və pilotsuz təyyarələrinin istifadəsi və onların dünyanın müxtəlif bölgələrinə yayılması da pislənilib.
Bəyanatda bildirilib ki, İran tərəfdaşları və proksi qüvvələri ilə birlikdə bu silahlardan mülki şəxslərə, mülki infrastruktura və beynəlxalq gəmiçilik xətlərinə hücum etmək üçün istifadə edir. Habelə gələcək təhdidlərə və təcavüzkar hərəkətlərə qarşı önləyici tədbirləri artırmaq üçün əməkdaşlıq məsələsi də qeyd edilib. İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Nasir Kənani İşçi Qrupunun bəyanatını qərəzli adlandırıb. O, İranın nüvə proqramını inkişaf etdirməyə davam edəcəyini və siyasi təzyiqlərin təsiri altın düşməyəcəyini deyib.
Etibar Məmmədov / aktualtv.az










