Yaponiya hökuməti Ukrayna prezidenti Vladimir Zelenskini G7-nin Xirosimada keçiriləcək sammitinə dəvət etmək barədə fikirləşir.
Aktualtv.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat verib.
Xatırladaq ki, G7 ölkələrinin XİN rəhbərləri Rusiyanın Ukraynaya hərbi hücumuna maliyyə dəstəyi verən dövlətlərə qarşı sanksiyaların gücləndirildiyini bəyan ediblər.
Bundan əvvəl RBC-Ukrayna xəbər vermişdi ki, görüş zamanı G7 nazirləri Ukraynaya daha çox dəstək verməyə razılaşıblar. Xüsusilə, söhbət silah tədarükünün sürətləndirilməsindən və Rusiyaya qarşı yeni sanksiyaların tətbiqindən gedir.
Qeyd edək ki, ABŞ və G7 ölkələri fevralın 24-də Rusiyaya qarşı yeni irimiqyaslı sanksiyalar paketi tətbiq etməyi planlaşdırır.
Etibar Məmmədov / aktualtv.az










