Atsunun cənazəsi vətənində rəsmi mərasimlə qarşılandı

Türkiyədə fevralın 6-da baş verən zəlzələlər zamanı yaşadığı rezidensiyanın çökməsi nəticəsində dağıntılar altında qalaraq həyatını itirən “Atakaş Hatayspor”un futbolçusu Kristian Atsunun cənazəsi vətəni Qanaya çatdırılıb.

Onun nəşi ölkəsinin paytaxtı Akkrada prezidentin köməkçisi Mahamudu Bavumia və nazirlər tərəfindən rəsmi mərasimlə qarşılanıb, sonra isə mərhumun ailəsi və azarkeşlərinin müşayiəti ilə özəl dəfn evinə aparılıb.

Atsunun dəfn mərasiminin tarixi daha sonra açıqlanacaq.

Xatırladaq ki, fevralın 18-də Türkiyə Superliqa komandalarından “Hatayspor”un formasını geyinən Kristian Atsunun cəsədi dağıntılar altından çıxarılıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]