Boris Pistorius qarşıdakı həftələrin Ukrayna üçün həlledici olacağına inanır.
Aktualtv.az xəbər verir ki, bu fikirləri Almaniyanın müdafiə naziri Pistorius Bloomberg-ə müsahibəsində bildirib.
“İnanıram ki, qarşıdakı həftələr Ukrayna üçün çox həlledici olacaq. Biz general Mark Millinin bir neçə ay əvvəl verdiyi bəyanatlardan artıq bunu başa düşmüşük. Payızda Ramşteyndəki görüşdən sonra bizim üçün prioritet vəzifə hava hücumundan müdafiəni təmin etməkdir. Üç ay ərzində biz etibarlı, işləyən hava hücumundan müdafiə sistemi yaratmağa nail olmalıyıq”.
Almaniya Müdafiə Nazirliyinin rəhbəri bu dövrün həqiqətən vacib olduğunu, lakin Ukraynadakı münaqişənin nəticəsini müəyyən etməyəcəyini bəyan edib.
Murad Həsənov / aktualtv.az










