Bu binalardakı mənzillərə çıxarış verilməyəcək – VİDEO

Türkiyədə güclü zəlzələ zamanı minlərlə binanın dağılmasına səbəb kimi tikintinin norma və qaydalara uyğun aparılmaması göstərilir.

Aktualtv.az xəbər verir ki, hətta qardaş ölkədə ekspertlər də bu qənaətə gəliblər ki, tikinti aparılarkən kefiyyətə önəm verilməyib.

Bakıda da hər il yeni-yeni ünvanlarda yüzlərlə yaşayış binaları tikilir. Amma rəsmi olaraq onların bəziləri istisimara qəbul edilmədən tikinti şirkətləri tərəfindən sakinlərin istifadəsinə verilir.

Bəs burada yaşayanlar binanın kefiyyətli materiallardan tikilməsinə necə əmin ola bilərlər?

İstənilən yaşayış binası istisimara verilərkən onun tikinti norma və qaydalara uyğun aparılması yoxlanır.

Fövəqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi binanın konsturuksiya layihəsinin olub-olmaması, kefiyyətli tikinti materiallarından istifadə edilib-edilməməsini yoxladıqdan sonra binanı istisimara qəbul edir. Amma bu gün istisimara verilmədən yeni tikilən binalarda yaşayanlar da var.

Tikinti eksperti Şirin Şərifov hesab edir ki, sakinlər binanın konsturuksiya layihəsini MTK-dan tələb edə bilərlər.

Ekspert deyir ki, bina tikintisi aparıldığı gündən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən hər mərtəbəarası, konsturuksiya layihəsi ilə binanın bünövrəsi, sütunları, orada istifadə edilən armaturların ölçüləri dəqiqliklə yoxlanır. Əgər parametrlər, konsturuksiya layihəsindəkinə uyğun gəlmirsə, növbəti mərtəbənin tikilməsinə icazə verilmir.

Şirin Şərifovun sözlərinə görə, paytaxda tikilən bəzi binalarda konsturuksiya layihəsinin olmaması sakinlərdə haqlı olaraq narahatlıq yaradır. O hesab edir ki, gələcəkdə bu tip binalar istisimara qəbul edilmədiyindən mənzil sahiblərinə də çıxarış verilməyəcək.

Daha ətraflı süjetdə:

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]