Rusiya Baxmuta şimal-qərbdən hücuma keçdi – RƏSMİ

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı sutkalıq xülasəsini təqdim edib.

Aktualtv.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, xülasədə uzun müddətdir uğrunda döyüşlərin getdiyi Baxmuta Rusiyanın şimal-qərbdən hücuma keçdiyi bildirilib.

Məlumata görə, bu vaxta qədər Rusiya qüvvələri Baxmutu təkcə şərqdən, cənubdan və şimaldan ələ keçirməyi hədəfləsə də, indi həm də şimal-qərbdən hücuma keçilib. Qeyd olunub ki, Ukrayna bölmələrinin olduğu yaşayış məntəqələri arasında hücumlar dəf edilib.

“Son 24 saat ərzində Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Luqansk vilayətinin Kuzemovka və Dibrova, Donetsk vilayətinin Fedorovka, Yaqodnoye, Berxovka, Baxmut və Kurdyumovka yaşayış məntəqələri ərazilərində işğalçıların hücumlarını dəf edib”, – məlumatda deyilir.

Qeyd edək ki, Baxmutun şimal-qərb hüdudlarının yaxınlığında Yaqodnoye adlı kiçik bir qəsəbə var. Ondan bir qədər uzaqda isə Berxovka yerləşir. Şimal və şimal-qərbdən Baxmuta gedən yolların qovşağında yerləşən Paraskoveyevka kəndinin tutulması barədə ötən həftə Rusiya mənbələri məlumat yaymışdı.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]