Litva ATƏT-i boykot edəcək – Səbəb Rusiyadır – Özəl

Litva Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının fevralın sonunda Vyanada keçiriləcək sessiyasını Rusiya nümayəndələrinin iştirakına icazə verildiyinə görə boykot edəcək.

Aktualtv.az xəbər verir ki, ATƏT PA-da Litvanın nümayəndə heyətinin rəhbərinin sözlərinə görə Avstriya hökumətinin Rusiya nümayəndələrinə viza verilməsi ilə bağlı qərarı hələ rəsmən təsdiqlənməyib, lakin qeyri-rəsmi kanallar vasitəsilə onlara müraciət edən hər kəsin viza alacağını öyrəniblər.

Rəsmi Vilnüs Baltikyanı ölkələri, şimal dövlətlərini və Polşanı Rusiyanın nümayəndələrinin iştirakına icazə verildiyi halda PA-nın sessiyasında iştirakla bağlı ümumi mövqe tutmağa çağırıb.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]