Türkiyədə baş verən zəlzələlərdə dağılan və ya təhlükəli dəyişikliklərin təsbit edildiyi binalarla bağlı aparılan araşdırmalarda məsuliyyətləri müəyyən edildikdən sonra həbs olunanların sayı 188-ə yüksəlib.
Aktualtv.az xəbər verir ki, fevralın 6-da baş vermiş zəlzələlərdə dağılmış binalarla bağlı baş prokurorluqlar tərəfindən başladılan araşdırmalarda 626 şübhəli müəyyən edilib.
Tutulan şübhəlilərdən 188-i həbs edilib, 218 şübhəli barəsində məhkəmə nəzarəti tədbiri seçilib. Bundan başqa, 69 şübhəli barəsində həbs, 63 nəfər barəsində isə həbs qətimkan tədbiri seçilib. 4 nəfərin hələ də nəzarətdə olduğu araşdırmalarda 16 şübhəlinin həyatda olmadığı, 5 şübhəlinin isə xaricdə olduğu müəyyən edilib. İfadələri alınan 63 şübhəli sərbəst buraxılıb.
Etibar Məmmədov / aktualtv.az










