“Dünya dəyişməlidir, lakin Rusiya yalnız bir ölkənin – ABŞ-nin maraqları naminə yeni dünyanın qurulmasının əleyhinədir”.
Aktualtv.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Moskva üçün “Rossiya-1” telekanalına müsahibəsində deyib.
Dövlət başçısının sözlərinə görə, Rusiya Federasiyası başa düşür ki, SSRİ dağılandan sonra dünyada vəziyyət dəyişib, yeni güc mərkəzləri yaranıb: “Təbii ki, bu, beynəlxalq münasibətlərin qurulmasında prioritetlərə də təsir etməlidir. Biz necə desək də, Rusiya hüquqi mənada SSRİ-nin varisidir. İndiki Rusiyanın fərqli potensialı var. Biz bunu başa düşürük və razılaşırıq ki, dünyanın dəyişməsi lazımdır”.
O, əlavə edib ki, Rusiya heç vaxt buna, o cümlədən BMT-nin islahatını nəzərə alaraq müdaxilə etməyib:
“Amma biz nəyin əleyhinəyik? Vahid bir ölkənin, indiki halda ABŞ-nin maraqları naminə formalaşan yeni dünyanın yaradılmasına qarşıyıq. Məhz bunu etmək istəyirlər, sizi inandırıram, hamı bunu başa düşür”.
Səbinə Kərimova / aktualtv.az










