Daha bir ölkə Kiyevdəki səfirliyini yenidən açır – Özəl

Əlcəzair Rusiyanın genişmiqyaslı işğalı səbəbindən fəaliyyətini dayandırdığı Kiyevdəki səfirliyini yenidən açmağı planlaşdırır.

Aktualtv.az xəbər verir ki, bu barədə “The Guardian”nəşri məlumat yayıb.

“Bu qərar Əlcəzair dövlətinin maraqlarının və bu ölkədəki milli icmanın maraqlarının müdafiəsi çərçivəsindədir”, – deyə Əlcəzair XİN-dən bildiriblər.

Nazirlik qeyd edib ki, səfirliyin açılması ilə bağlı qərar ən qısa zamanda qüvvəyə minəcək. Səfirliyə müvəqqəti işlər vəkili rəhbərlik edəcək.

Qeyd edək ki, səfirlik 2022-ci ilin martında Rusiyanın genişmiqyaslı işğala başlamasından sonra Kiyevdə fəaliyyətini dayandırıb.

Xatırladaq ki, fevralın 16-da İsrail Kiyevdəki səfirliyinin işini bərpa edib.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]