Rusiya Xarici İşlər Nazirliyi Ukrayna böhranının həlli üçün Çinin təklif etdiyi layihəni dəyərləndirərək Pekin rəhbərliyi ilə eyni fikirdə olduqlarını açıqlayıb.
Aktualtv.az xəbər verir ki, müharibənin ildönümündə Ukrayna böhranının həlli ilə bağlı Çinin irəli sürdüyü təkliflərə Rusiya cavab verib. Rusiya Xarici İşlər Nazirliyi tərəfindən edilən yazılı açıqlamada, Çinin təkliflərinin müsbət olduğu vurğulanıb, “24 fevralda Çin Xarici İşlər Nazirliyinin rəsmi internet saytında “Ukrayna böhranının siyasi həlli ilə bağlı Çinin mövqeyi” adlı sənəd dərc edilib.
Rusiya Xarici İşlər Nazirliyi açıqlamasında bunları deyib:
“Biz onların münaqişənin sülh yolu ilə həllinə töhfə vermək üçün səmimi istəyini yüksək qiymətləndiririk. Biz Pekinin fikirlərini bölüşürük. Biz BMT Nizamnaməsinə, beynəlxalq hüquq normalarına, o cümlədən humanitar hüquq normalarına, təhlükəsizliyin bölünməzliyi prinsiplərinə və bir ölkənin təhlükəsizliyinin digər ölkənin təhlükəsizliyinə zərər verərək gücləndirilməməsinə sadiqik. Çinli həmkarlarımız kimi, biz də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən icazə verilməyən hər hansı məhdudlaşdırıcı tədbiri qeyri-qanuni hesab edirik və bunu ədalətsiz rəqabət və iqtisadi müharibənin kobud aləti hesab edirik.”
Murad Həsənov / aktualtv.az










