Meksikanın Xalisko əyalətindəki Primavera meşəsində baş verən yanğın əyalətin paytaxtı Qvadalaxaranın metropoliten ərazisindəki 34 məhəllədə fövqəladə vəziyyət elan edilməsinə səbəb olub.
Aktualtv.az xəbər verir ki, Meksikanın Xalisko əyalətindəki Primavera Meşəsində başlayan yanğından çıxan tüstü yaxınlıqdakı Qvadalaxara şəhərinə çatıb və ciddi hava çirklənməsinə səbəb olub.
Xalisko əyalətinin Ətraf Mühit və Regional İnkişaf Nazirliyi yanğın nəticəsində yaranan çirklənmə ilə əlaqədar Qvadalaxara metropoliten bölgəsindəki 34 məhəllədə atmosfer fövqəladə vəziyyət elan edib və məktəblərdə təhsilin dayandırıldığını açıqlayıb. Atmosfer fövqəladə vəziyyətin elan edilməsi ilə rayon ərazisində vətəndaşlara açıq hava fəaliyyətlərindən uzaq durmaq, evlərinin qapı-pəncərələrini bağlı saxlamaq, zəruri hallarda avtomobil idarə etməmək tövsiyə edilib.
Rəsmilər Primavera meşəsində yanğınla mübarizəyə 220 yanğınsöndürən və 50 yanğınsöndürən maşın cəlb edildiyini, hazırda alovların nəzarət altına alındığını, söndürmə və soyutma işlərinin aparıldığını bildirib.
Murad Həsənov / aktualtv.az










