İran rialı rekord səviyyədə dəyər itirib – SƏBƏB – Özəl

İran rialı ölkə miqyasında hökumət əleyhinə aksiyalar və nüvə sazişinin pozulmasından sonra tətbiq edilən sanksiyalar səbəbindən rekord səviyyədə ucuzlaşıb.

Əgər 2015-ci ildə 1 dollar 32 min rial idisə, artıq 600 min riala bərabərdir. İran vətəndaşları son günlərdə dollar əldə etmək ümidi ilə valyutadəyişmə məntəqələrinin qarşısında uzun növbələr yaradıblar.

Aktualtv.az xəbər verir ki, Ölkənin Milli Statistika Mərkəzinin məlumatına görə, iki il əvvəl inflyasiya 41,1 faiz idisə, bu ilin yanvarında 53,4 faizə çatıb.

Qeyd edək ki, 2015-ci ildə Nüvə Sazişi pozulduqdan sonra İran sürətlə uranın zənginləşdirilməsinə başlayıb. Beynəlxalq Atom Enerjisi Agentliyinin məlumatına görə, hazırda İranın bir neçə atom silahına çatacaq qədər zənginləşdirilmiş uran ehtiyatı var.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]