Havada dəm qazı normadan yüksəkdir

27 fevralda atmosfer havasının keyfiyyəti açıqlanıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

Stansiyalardan əldə etdiyimiz məlumatların təhlilinə əsasən, gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən yalnız dəm qazı normadan 1.6, Sumqayıt şəhərində azot-4 oksid normadan 1.1, Gəncə şəhərində isə 1.3 dəfə yüksək qeydə alınıb.

Bu göstəricilərin normadan yüksək olmasına səbəb həmin ərazilərdə nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması və digər antropogen təsirlərlə əlaqədardır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]