“Biz də səhv edə bilərik” – Ərdoğan vətəndaşlardan halallıq istədi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələdən əziyyət çəkən Adıyaman bölgəsində görülən işlərin lazımi səviyyədə görülməməsinə görə xalqdan halallıq istəyib. 

Bu barədə Türkiyə lideri Adıyamanda keçirdiyi iclasda bildirib. 

O, şəhərlərin elm adamları ilə razılaşdırılaraq bir il ərzində yenidən qurulacağını açıqlayıb. 

“Bu gün 21-ci günü geridə qoyuruq, 22-ci gündəyik. Böyük fəlakətdən sonra biz 10.000 afterşok yaşadıq. Biz hər şeydən xəbərdarıq və lazım olanı etdiyimizə heç bir şübhə olmamalıdır. Yeraltı təkanların dağıdıcı təsiri və mənfi hava şəraiti səbəbindən ilk bir neçə gün Adıyamanda istədiyimiz kimi işləyə bilmədik. Bunun üçün vətəndaşlardan halallıq istəyirəm. Bütün insanlar kimi, biz də səhv edə bilərik. Ancaq millətimiz üçün gecə-gündüz çalışırıq. 

Adıyamanda 16 minə yaxın konteyner quracağıq. Hər kəsə 15 min lirə köçürmə yardımı edirik”, – deyə Ərdoğan qeyd edib. 

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]