Fevralın 27-də Baş prokuror Kamran Əliyev ölkəmizdə işgüzar səfərdə olan Litvanın Xüsusi İstintaq Xidmətinin rəhbəri Jidrunas Bartkusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Görüşdə Avropa İttifaqının cinayət yolu ilə əldə olunmuş əmlakların bərpası sahəsində həyata keçirilən Tvinninq layihəsinin icrası və qarşıda duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qonaqlara prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatlar çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci ilin 3 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Elektron prokurorluq informasiya sistemi”nin fəaliyyəti barədə məlumat verilib. Mütərəqqi informasiya texnologiyarının tətbiq edildiyi və hazırda test rejimində fəaliyyət göstərən EPİS platforması qonaqların marağına səbəb olub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]