Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç müharibə vəziyyətində Belarusun hərbi potensialının 1,5 milyon nəfər olacağını bildirib.
Aktualtv.az xəbər verir ki, Ukraynaya qarşı müharibədə Rusiya ilə birlikdə hərəkət edən, lakin döyüş cəbhəsində əsgəri olmayan Belarus mümkün müharibə vəziyyətində ordudakı hərbi potensialla bağlı rəqəmlər verib. Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç, Belarus dövlət televiziyasına verdiyi açıqlamada, mümkün müharibə vəziyyətinə hazır olduqlarını vurğulayaraq, hərbi vəziyyət elan edilərsə Belarusun hərbi potensialı 1,5 milyon nəfərdir. deyib.
Belarus Təhlükəsizlik Şurasının dövlət katibi qarşıdakı dövrlərdə qüvvəyə minməsi gözlənilən xalq milisləri haqqında qanunla bağlı məlumat verib və əlavə edib ki, orduya qoşulmaq istəyən mülki şəxslərin bu tələbləri qanuniləşdirilə bilər.
Murad Həsənov / aktualtv.az










