Çin ABŞ-nin Rusiyaya dəstək verdiyi səbəbi ilə 5 Çin şirkətini sanksiya siyahısına daxil etməsinə etiraz edib.
Aktualtv.az xəbər verir ki, Xarici işlər naziri Mao Ning, Pekində keçirdiyi müntəzəm mətbuat konfransında, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının səlahiyyətləri xaricində alınan sanksiya qərarının beynəlxalq hüquqi əsası olmadığını fikrini bəyan edib.
Qeyd edək ki, fevralın 24-də ABŞ Ticarət Departamenti Rusiyaya kömək etmək şübhəsi adı altında “AOOK Technology”, “Beijing Ti-Tech Science and Technology”, “Beijing Yunzi Technology”, “HEAD Aerospace Technology” və “Spacety” daxil olmaqla 5 Çin müəssisə və təşkilatını sanksiyalar siyahısında saxladığı şirkətlərə əlavə edib. Nazirlikdən verilən açıqlamada, sözügedən şirkətlərin “Rusiyanın hərbi və/yaxud müdafiə sənayesi potensialına əhəmiyyətli dərəcədə töhfə verdiyi və ABŞ-ın milli təhlükəsizliyinə və xarici siyasətinə zidd fəaliyyət göstərdiyi” ifadə edilib. Qərar ABŞ rəsmilərinin bir həftə ərzində Çinə Ukrayna müharibəsində Rusiyaya silah dəstəyi verməməsi ilə bağlı xəbərdarlıq etməsindən sonra verilib.
Murad Həsənov / aktualtv.az










