TƏBİB-dən Hacı Şahinin ölümü ilə bağlı açıqlama

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Məşədi Dadaş Məscidinin imamı, tanınmış ilahiyyatçı Hacı Şahin Həsənlinin ölümü ilə bağlı açıqlama verib.

TƏBİB-dən  bildirilib ki, 1974-cü il təvəllüdlü Hacı Şahin Həsənlinin səhhətində yaranan narahatlıqla bağlı Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 2 mart saat 05:30 radələrində çağırış daxil olub.

“Saat 05:43 radələrində təcili tibbi yardım briqadası ünvana çatıb. Ürəktutmasından həkiməqədər ölüm qeydə alınıb”, – məlumatda bildirilb.

Qeyd edilib ki, ailəsinin bildirdiyinə görə, Ş.Həsənli martın 1-də özəl tibb müəssisələrdən birinə müraciət edib və müayinələrdən keçib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]