Yunanıstanda qatar qəzasından sonra saxlanılan Larisa dəmiryolu stansiyasının rəisi günahını etiraf edib.
Aktualtv.az xəbər verir ki, rəis içərisində 346 sərnişinin olduğu qatarı səhvən yanlış relsə yönəltdiyini deyib. Qeyd edək ki, sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində 43 nəfər ölüb. Maşinistlərin həmkarlar təşkilatının məlumatına görə, Larisa stansiyasında siqnallaşma sistemi işləmir. 2000-ci ildən bütün işlər əllə aparılır.
Hadisədən sonra Yunanıstanın İnfrastruktur və Nəqliyyat naziri istefa verib. Afinada isə qatar qəzasına etiraz edən nümayişçilərlə polis arasında əlbəyaxa dava düşüb. “Qəza deyil, qətldir” yazılı plakat qaldıranlara qarşı gözyaşardıcı qazdan istifadə edilib.
Etibar Məmmədov / aktualtv.az










