Misir 8 ildən sonra yenidən bu addımı atır – Özəl

Misir hakimiyyəti çərşənbə günü bu ilin aprelin sonunda yay vaxtına keçməyə qərar verib.

Aktualtv.az xəbər verir ki, bu barədə ölkə hökumətinin mətbuat xidməti məlumat yayıb. “Misir hökuməti yay vaxtına keçid sisteminin bərpası ilə bağlı qanun layihəsini təsdiqləyib”, – Nazirlər Kabinetinin mətbuat xidmətinin açıqlamasında deyilir. İndi, hər təqvim ilinin aprel ayının son cümə günündən oktyabrın sonuncu cümə axşamına qədər Misirdə yay vaxtına keçid sistemi tətbiq olunacaq.

Bu qərar “iqtisadi şəraitə və qlobal iqtisadiyyatda baş verən ümumi dəyişikliklərə əsaslanaraq, həmçinin ölkə hökumətinin Misirdə elektrik enerjisindən istifadənin rasionallaşdırılması səylərinə uyğun olaraq” qəbul edilib.

Qeyd edək ki, Misirdə yay vaxtına keçid sistemi sonuncu dəfə səkkiz il əvvəl ləğv edilib.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]