İƏT Qarabağda mədəni və dini irsə ziyan vurulmasını pisləyib

“30 ilə yaxın Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycanın ərazilərində mədəni və dini irsə vurulmuş ziyanla bağlı məsələ BMT İnsan Hüquqları Şurasının Cenevrədə keçirilən 52-ci sessiyasının yüksək səviyyəli iclasında qaldırılıb”.

Aktualtv.az İƏT-ə istinadən xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha deyib.

O, Əfqanıstanda baş verən hadisələri, Cammu və Kəşmir problemini, Rohinca müsəlman icmasının vəziyyətini və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mədəni və dini irsə vurulan zərəri də xatırladıb.

İƏT rəhbəri təşkilatın insan hüquqlarının və insan ləyaqətinə hörmətin təşviqi və qorunmasına sadiqliyini bir daha təsdiqləyib.

O, Qurani-Kərimin təhqir edilməsinin qınanmalı və hamı tərəfindən pislənilməli olduğunu söyləyərək dövlətlərin ksenofobiya və islamofobiya ilə mübarizəsinin vacibliyini vurğulayıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]