İranda məktəb şagirdlərinin zəhərlənmə hadisəsi artır – Özəl

Ərdəbil əyalətinin Aslanduz şəhərinin “Zeynəb” qızlar məktəbində şagirdlər zəhərləniblər.

Aktualtv.az xəbər verir ki, zəhərlənən 48 şagirdin xəstəxanaya yerləşdirildiyi bildirilir. Bundan əvvəl martın 1-də də Ərdəbil şəhərinin 9 məktəbində 400 şagird zəhərlənib. İranın bir neçə şəhərinin 50-dən çox məktəbində şagirdlərin şübhəli şəkildə zəhərlənmələrinə və məktəblərdə təhlükəsizliyin təmin edilməməsinə etiraz olaraq isə martın 6-da kütləvi etirazlara çağırış edilib.

İran Təhsil İşçiləri Həmkarlar İttifaqı Təşkilatlarının Koordinasiya Şurasının bəyanatında bildirilib ki, “Şagirdlərin kütləvi zəhərlənməsi ilə bağlı rəsmilərin, xüsusən də təhlükəsizlik qüvvələrinin mənalı susqunluğu heç bir şəkildə əsaslandırıla bilməz”. Bəyanatda ölkədə mövcud olan ağır iqtisadi şərait, İran pulunun dəyərdən düşməsi, işçi və təqaüdçülərin hüquqlarının təmin olunmamasına da toxunulub. Bəyanat müəllifləri təhsil işçiləri ilə bərabər bütün vətəndaşların nümayişlərə qatılmasını istəyiblər.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]