“Cehiz vacibdir, yoxsa təhsil?” – Məleykə Abbaszadə

“Repetitor və kurs valideyn üçün bir növ asan bir yoldur ki, məsuliyyəti öz üzərindən götürsün. Təbii ki, bu, əlavə maliyyə vəsaiti tələb edir, bundan narazılıq ola bilər”.

Aktualtv.az xəbər verir ki, bunu apa-ya müsahibəsində Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O qeyd edib ki, əvvəllər Azərbaycan ailəsində qız uşağı anadan olanda uşağın balaca vaxtından ona cehiz yığmağa başlayırdılar: “O cehizi almaq üçün da maliyyə vəsaiti tələb olunur. Cehiz üçün pul xərcləmək daha vacibdir, yoxsa təhsil vermək, müxtəlif dillər öyrətmək, gələcəkdə müstəqil insan kimi həyatda özünü doğrultmasına çalışmaq? Valideynlər bilirlər ki, keyfiyyətli təhsil vermək üçün gərək ya özləri vaxt sərf etsinlər, ya da əlavə vəsait xərcləsinlər. Bu, bütün dünyada belədir. Bizdə tələbələrin yarıdan çoxu pulsuz təhsil alır. Daha yaxşı hazırlaşmaq lazımdır ki, pulsuz təhsil ala bilsinlər. Ödənişli təhsil almaq üçün universitetə qəbul olmaq çox asandır, 200 baldan yuxarı nəticə göstərənlər özəl ali məktəbə qəbul olub ödənişli təhsil ala bilərlər”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]