“Günahkarlar ən ağır cəzanı almalıdırlar” – Xamenei

İranın lideri Əli Xamenei bir çox şəhərlərdə qızların təhsil aldığı məktəblərdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı səlahiyyətlilərə “hadisəni ciddi qəbul etməyi və günahkarları ən ağır cəza ilə cəzalandırmağı” tapşırıb.

Bu barədə “Mehr” xəbər agentliyi məlumat yayıb.

Xamenei, “Hakimiyyət məsələ üzərində işləyir və məsələni ciddi şəkildə nəzərdən keçirməlidirlər”,- deyə vurğulayıb.

Bunun cəmiyyətin ən günahsız hissəsinə, yəni uşaqlara qarşı törədildiyi üçün “böyük cinayət” olduğunu vurğulayan Xamenei deyib: “Kəşfiyyat və təhlükəsizlik qüvvələri hadisənin əsas agentlərini müəyyənləşdirməlidir. Hadisəni törədənlər, cinayətkarlar mühakimə olunmalı və ən ağır cəzalarla cəzalandırılmalıdır”.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]