Səudiyyə Ərəbistanı neftin qiymətini qaldırıb – Özəl

Dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı aprel ayında Asiya və Avropa üçün neftin qiymətini qaldırıb.

Aktualtv.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb. Aprel ayı üçün “Arab Light”ın Asiya üçün rəsmi satış qiyməti Oman-Dubay etalonunda 2,5 ABŞ dolları bahalaşıb ki, bu da mart ayı qiymətindən 50 sent yüksəkdir. Eyni zamanda Səudiyyə Ərəbistanının dövlət şirkəti olan “Saudi Aramco” aprel ayında şimal-qərbi Avropaya nəql etdiyi neftin qiymətini bir barel üçün 1 ABŞ dolları artırıb.

Səudiyyə Ərəbistanı hər ayın əvvəlində istehlakçıların müraciətləri əsasında çatdırılma cədvəlini formalaşdırır, lakin qlobal neft bazarına təsir edən Ukraynadakı vəziyyətlə əlaqədar qiymət siyasətinə əhəmiyyətli dərəcədə yenidən baxılıb.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]