Nağd pul dövriyyəsində Amerika dollarının çatışmazlığı bir sıra Afrika və Asiya dövlətləri də daxil olmaqla, çox ölkələrdə maliyyə böhranının güclənməsinə səbəb olub.
Aktualtv.az xəbər verir ki, “Bloomberg”in bazar iştirakçılarına istinadən yaydığı məlumata əsasən, ən çox nağd ABŞ dolları çatışmazlığı Şri-Lanka, Nigeriya, Pakistanda müşahidə olunur.
“Şri-Lankada xəstəxanalar əməliyyatları təxirə salır. Nigeriyada beynəlxalq uçuşlar dayandırılıb. Pakistanda avtomobil zavodları bağlanıb. Dünyanın ən həssas inkişaf etməkdə olan ölkələrinin bəzilərində vəziyyət ağırdır. ABŞ dollarının qıtlığı xammaldan tutmuş dərmanlara qədər hər şeyə çıxışı məhdudlaşdırır”.
Bununla əlaqədar, ekspertlər potensial investorları ən riskli ölkələrin iqtisadiyyatlarına investisiya qoyarkən daha diqqətli olmağı tövsiyyə edirlər. Bildirilir ki, yaxın gələcəkdə bu dövlətlər dollar qıtlığının davam etməsi fonunda böhranın kəskinləşməsi ilə üzləşə bilər.
Səbinə Kərimova / aktualtv.az










