Çin hökuməti Ukrayna böhranının heç bir tərəfini silahla təmin etməyib və bu münaqişədə Pekini günahlandırmaq cəhdlərinə və hədələrinə qarşı çıxır.
Aktualtv.az xəbər verir ki, bu barədə Ümumçin Xalq Nümayəndələri Yığıncağının (parlamentin) sessiyası çərçivəsində keçirilən illik mətbuat konfransında Çinin xarici işlər naziri Qin Qanq bildirib.
“Bu böhranı ortaya Çin çıxarmayıb və münaqişə tərəflərindən heç birinə silah verməyib. Nə üçün məsuliyyəti Çinin üzərinə atmağa çalışırlar? Bu, hətta sanksiyalara və təhdidlərə qədər gedib çıxır. Bu vəziyyət bizim üçün qəbuledilməzdir”-deyə o, qeyd edib.
Murad Həsənov / aktualtv.az










