Türkiyə İsrail qüvvələrinin və israillilərin Qərb sahillərində artan şiddət və hücum əməliyyətlarını sərt şəkildə qınayıb.
Aktualtv.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər nazirliyi açıqlama yayıb. Açıqlamada Cenindəki miqrant düşərgəsində yaşananlar qəbul edilməz hal kimi qiymətləndirilib. Qarşıdan Ramazan ayının gəlməsi fonunda təzyiqin azaldıması və İsrail tərəfinin məsələyə rasional və məsuliyyətli yanaşmasına çağırış da açıqlamada öz əksini tapıb.
Xatırladılır ki, İsrail əsgərləri adı çəkilən düşərgəyə hücum zamanı 6 fələstinlini öldürmüş və 26 nəfəri də yaralamışdı. Agentlik bildirir ki, israil ordusu və orada yaşayan yəhudilərin atəşi nəticəsində yanvarın birindən indiyədək 74 fələstinli öldürülüb. Onların arasında qadın və uşaqlar da var.
Büllur Məmmədova / aktualtv.az










