Belçikada zəlzələ qurbanları üçün 11,6 milyon avro toplanıb – Özəl

Belçikada yayımlanan radio kanallarının iştirakı ilə fevral ayında baş verən Kahramanmaraş mərkəzli zəlzələlərdən zərər çəkmiş insanların xeyrinə “12-12” konsorsiumunun təşkil etdiyi ianə kampaniyasında indiyədək 11,6 milyon avro toplanıb.

Aktualtv.az xəbər verir ki, aralarında türk müğənnisi Hadisənin də olduğu 30 sənətçinin ifa etdiyi “İnsanlar insanlara yardım edir” mahnısı radiolarda səsləndirilib, bəzi radio proqramları öz verilişlərini zəlzələlərə və yardım kampaniyalarına həsr edib. Ölkənin ən böyük media qrupları daxilindəki radiolar gün ərzində “12-12” adlı konsorsiumun hesab məlumatlarını anonslarla çatdıraraq kömək çağırışları etdi.

Bu nəşrlər sayəsində 1 gündə 1,8 milyon avro toplandığı açıqlanıb. Dünənki ianələrin əlavə edilməsi ilə “12-12” konsorsiumunun zəlzələ qurbanları üçün topladığı ianələrin məbləğinin 11,6 milyon avroya çatdığı bildirilib.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]