O, 30 Avropa ölkəsində sərhəd nəzarəti və hüquq-mühafizə sahəsində əməkdaşlığı dəstəkləyir.
Aktualtv.az xəbər verir ki, yenilənmiş sistemdə yeni yoxlama alətləri daxil olacaq. Şengen İnformasiya Sistemi hakimiyyət orqanlarının tələbi ilə axtarışda olan və itkin düşmüş şəxslər haqqında məlumatları toplayır və təqdim edir. Həmçinin – Aİ-də qalmaq hüququ olmayan üçüncü ölkə vətəndaşları, itirilmiş əşyalar haqqında daha çox məlumatı özündə əks etdirir.
Avropa Komissiyasının press-relizinə əsasən, yenilənmiş Şengen İnformasiya Sistemi dünyanın ən qabaqcıl sərhəd nəzarəti sisteminin bir hissəsi olacaq. Burada biometrik məlumatlar – tam ovuc izləri və DNT qeydləri, həmçinin digər məlumatlar əks olunur.
Səbinə Kərimova / aktualtv.az










