İsveçrədə ruslara qarşı məhkəmə açılıb – Putinin çirkli pullarının yuyulması – Özəl

Rusiyanın “Qazprombank”ının Sürix filialında dörd keçmiş rəhbər işçinin məhkəməsi başlayıb.

Aktualtv.az xəbər verir ki, üç rus və bir isveçrəli şəxs rusiyalı musiqiçi Sergey Rolduqinə Putinə aid olmaqda şübhəli bilinən pulların yuyulmasına kömək etməkdə ittiham olunurlar. Rolduqinin 2014-2016-cı illər arasında İsveçrə hesablarına 50 milyon dollar yerləşdirdiyi və pulun haradan gəldiyi barədə heç bir etibarlı izahat verilmədiyi bildirilir. Həmin vaxt o, özünü cüzi gəliri olan violonçel ifaçısı kimi təqdim edib. O, musiqiçi kimi məşhurlaşsa da, böyük məbləğdə pul qazana bilməyib. Həmçinin bir dəfə New York Times qəzetinə iş adamı olmadığını və şübhəsiz ki, milyonçu olmadığını söyləyib. Musiqiçinin hesabında bu qədər məbləğin olması isə sual doğurub.

Sürix prokurorlarının dediyinə görə, bu sualı təqsirləndirilən keçmiş bankirlər verməli idi. Violonçel ifaçısının Rusiya prezidenti Vladimir Putinin yaxın dostu olduğu və hətta cənab Putinin qızının xaç atası olduğu haqda şayiələr yayılıb. İsveçrə qanunlarına görə, banklar hesab sahibinə və ya pulun mənbəyinə dair şübhələri varsa, hesabları rədd etməli və ya bağlamalıdırlar.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]