Rəsmi Ankara Avropa Parlamenti binasında PKK və digər terror qruplaşmasının qrup rəhbərləri və dəstəkçilərinin Türkiyə əleyhinə fəaliyyətini qətiyyətlə pisləyib.
Aktualtv.az xəbər verir ki, vurğulanıb ki, bu vəziyyət bir daha Avropa Parlamentinin terrorla mübarizədəki ikiüzlülüyünü və qeyri-səmimiliyini ortaya qoyur. Əlavə edilib ki, Türkiyə beynəlxalq təhlükəsizliyə təhdid yaradan terrorla mübarizədə Avropa İttifaqı qurumlarından və üzv dövlətlərdən onun yanında olmalarını gözləyir.
Xatırladaq ki, PKK Türkiyəyə qarşı 35 ildən çox davam edən terror kampaniyası aparan təşkilatdır. Elə bu fəaliyyətlərinə görə də, Türkiyə, Birləşmiş Ştatlar və Avropa Birliyi tərəfindən terror təşkilatları siyahısına salınan PKK 40 mindən çox insanın ölümünə səbəb olub.
Büllur Məmmədova / aktualtv.az










