Kişi və qadınlar arasında bu bərabərsizliyini aradan qaldıracaq qanun – Özəl

Braziliya prezidenti Luiz İnasio Lula da Silva ölkəsində qadın işçilərə qarşı əmək haqqı bərabərsizliyini aradan qaldırmaq üçün hazırlanan yeni qanun layihəsini açıqlayıb.

Aktualtv.az xəbər verir ki, prezident Lula da Silva, 8 Mart münasibəti ilə paytaxt Braziliyanın Planalto sarayında keçirilən mərasimdə “əvvəlki hökumət dövründə ölkədə qadın hüquqlarının tapdalanmasını aradan qaldırmaq üçün” qadın hüquqlarına dair 25-dən çox qanun layihəsinin yeni paketini təqdim etdi. Bildirilib ki, elan edilən paketdə ən mühüm məsələ eyni işi görən kişi və qadınlara bərabər əmək haqqını təmin edən qanun layihəsi olub.

Paketdə məişət zorakılığına məruz qalan qadınlar üçün sığınacaqların tikintisinə 372 milyon real, qadınların rəhbərliyi altında həyata keçirilən elm layihələrinin dəstəklənməsi üçün isə 100 milyon real xərclənməsinin planlaşdırıldığı bildirilib.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]