Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, İsveçrədə Rusiya Federasiyası ilə danışıqlar aparılmır.
Aktualtv.az xəbər verir ki, “Əgər bəzi ukraynalılar Cenevrədə ruslarla danışırsa, onlar Ukrayna dövlətinin rəsmi nümayəndələri deyillər”-deyə o, İtaliyanın bir sıra KİV-lərinə müsahibəsində deyib. O qeyd edib ki, Kiyev “istənilən vaxt diplomatiyaya hazırdır”, lakin “rus qoşunlarının çıxarılması” fikrindən daşınmayacaqlar:
“Hələ ki, heç nə Rusiyanın danışıqlara hazır olduğunu göstərmir. Biz ümid edirik və dua edirik ki, vəziyyət mümkün qədər tez dəyişsin və ruslar danışıqlar apara bilsin”.
Çinin sülh planına gəlincə, Ukrayna diplomatiyasının rəhbəri qeyd edib ki, bunlar Pekin üçün “vəziyyətlə bağlı ümumi müddəalar”dır və “ədalətli sülhə” nail olmaq üçün konkret həll yolu təklif etmir. Onun sözlərinə görə, prezident Vladimir Zelenskinin təklifləri ilə “bəzi elementlər üst-üstə düşür”, bəziləri isə üst-üstə düşmür. Eyni zamanda Kuleba Çin planının daha da müzakirəsinin tərəfdarı olduğunu bildirib.
Səbinə Kərimova / aktualtv.az










