Ukrayna Rusiya ərazisinə hücum etmək üçün Qərbin uzaqmənzilli silahlarından istifadə etmək niyyətində deyil.
Aktualtv.az xəbər verir ki, bunu CNN telekanalına müsahibəsində Ukrayna prezidenti Volodimir Zelenski deyib. “Bizi Rusiya torpağı maraqlandırmır”. Eyni zamanda prezident qeyd edib ki, o, 1991-ci il sərhədləri daxilindəki bütün ərazini Ukrayna hesab edir.
Eyni zamanda, Zelenski bildirib ki, Ukrayna Rusiya prezidenti Vladimir Putinlə heç bir halda danışıqlara hazır deyil. “Biz heç bir halda Rusiya Federasiyasının prezidenti ilə görüşməyəcəyik. Biz ona etibar etmirik” – deyə, Zelenski əlavə edib. Ukrayna lideri bəyan edib ki, “diplomatik həll yalnız Rusiyanın Ukrayna ərazisini tərk etməsi ilə mümkündür. Rusiya dəfələrlə Ukrayna böhranını diplomatiya yolu ilə həll etməyə hazır olduğunu bildirib”.
Murad Həsənov / aktualtv.az










