Ərdoğan seçki kampaniyasında musiqini qadağan etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 6-da baş vermiş zəlzələdə həlak olanlara hörmət əlaməti olaraq prezident və parlament seçkiləri üçün musiqi müşayiəti olmadan təşviqat aparmaq qərarına gəlib.

Ölkə başçısı kampaniya üçün hazırlanan bütün musiqiləri qadağan edib.

“Biz musiqisiz təbliğat aparacağıq, üz-üzə görüşəcəyik”, – deyə Ərdoğan sərəncam imzalandıqdan sonra qeyd edib.

Ərdoğan cümə günü ölkədə ümumi seçkilərin mayın 14-nə təyin edilməsi haqqında fərman imzalayıb. Fərman rəsmi qəzetdə dərc olunub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]