Havaya qalxmağa hazırlaşan təyyarədə mərmi tapıldı – Özəl

Cənubi Koreyanın İnçon Beynəlxalq Hava Limanından uçuşa hazırlaşan təyyarədə mərmi aşkarlandıqdan sonra sərnişinlər və ekipaj üzvləri təxliyə edilib.

Aktualtv.az xəbər verir ki, Yonhap-ın xəbərinə görə, hava limanı polisinə Filippinin Manila şəhərinə gedən təyyarədə bir sərnişinin oturacağının altından mərmi tapması xəbəri gəlib. Havaya qalxmağa hazırlaşan təyyarə mərmi tapıldıqdan sonra terminala qayıdıb. Təyyarədə olan 218 sərnişin və 12 ekipaj üzvü təxliyə edilib.

Terrorla mübarizə polisi və partlayıcı zərərsizləşdirmə qrupunun təyyarədə axtarış apardığını bildirən rəsmilər mərminin təyyarəyə necə gətirildiyini araşdırır.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]