İcma sözçüsü: “Qərbi azərbaycanlılar reinteqrasiyaya və dinc yanaşı yaşamağa razıdırlar”

Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfiqar Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Azərbaycan tərəfinin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin cəmiyyətimizə inteqrasiyası barədə məsələni gündəmə gətirməsinin danışıqlar prosesinin irəli aparılmasına çətinlik törətməsi barədə iddiası və Ermənistan hökumətinin Qarabağ ermənilərinin hüquqları məsələsi ilə bağlı spekulyasiyalarına toxunub.

O, bununla bağlı deyib: “Sakinlərin yaşadıqları ölkəyə inteqrasiyası sülhün şərtidir və bu, hər vəchlə təşviq olunmalıdır. Öz evlərində yaşayan Qarabağ erməniləri ilə müqayisədə qat-qat ağır vəziyyətdə olan Qərbi azərbaycanlılar ağrılı tarixi keçmişə baxmayaraq, reinteqrasiyaya və dinc yanaşı yaşamağa, barışığa razıdırlar.

Ermənistan hökumətinin evlərindən qovulmuş azərbaycanlıların hüquqlarını təmin etmək və bizim konstruktivliyimiz nümunəsində Qarabağ ermənilərini Azərbaycana inteqrasiyaya çağırmaq əvəzinə bu cür mövqe tutması riyakarlıqdır. A.Qriqoryan və Ermənistan hökumətinin digər rəsmiləri bilməlidirlər ki, insan hüquqları məsələsində onların ilk vəzifəsi o ölkənin qanuni sakinləri olan, evlərindən qovduqları azərbaycanlıların qayıdışına şərait yaratmaqdır”.

AZƏRTAC 

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]