Hollandiyanın Haaqa şəhərində şəhəri digər yaşayış məntəqələri ilə birləşdirən A12 magistral yolunu bağlayan “Sönmə üsyanı” iqlim etirazının 700-ə yaxın iştirakçısı saxlanılıb.
Aktualtv.az xəbər verir ki, bu barədə RBC-Ukrayna xəbər verib. Qadağaya baxmayaraq, nümayişçilər günortadan etibarən bir neçə saat nəqliyyatın hərəkətini dayandırıblar. Polis fəalları yolu tərk etməyə çağırsa da, bəziləri buna məhəl qoymayıb. Bir neçə xəbərdarlıqdan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları su şırnaqlarını işə salıblar. Polisin çağırışlarına cavab verməyən nümayişçilər şəhər avtobusları ilə polis bölməsinə aparılıb. Haaqa meri təzyiqli sudan istifadə etmək məcburiyyətində qaldığına görə təəssüfləndiyini bildirib.
Qeyd edək ki, 10.000-dən çox niderlandlı hökumətin azot emissiyalarını məhdudlaşdırmaq planlarına etiraz edib. Etirazçıların fikrincə, bu addım bir çox təsərrüfatların bağlanmasına və ərzaq istehsalına zərbə vuracaq.
Büllur Məmmədova / aktualtv.az










