Televiziya və radioda “nüvə bombası” xəbərdarlığı – Özəl

Rusiyada bəzi televiziya və radio verilişləri maraqlı elanla kəsilib.

Aktualtv.az xəbər verir ki, Moskva və Yekaterinburq şəhərləri də daxil olmaqla, Sverdlovsk vilayətində bütün verilişlər kəsiləndən sonra tamaşaçılardan gözlənilən nüvə hücumu zamanı əleyhqaz taxıb sığınacaqlara enmələri barədə mesaj yayılıb. Mesajda həmçinin radiasiya zəhərlənməsinə qarşı kalium yodid həbləri qəbul etməyə çağırılıb.

Ekrandan tamaşaçılara xəbərdarlıq edilib: “Dərhal sığınacaqlara enin. Qaz maskalarınızı taxın. Qaz maskanız yoxdursa, pambıq sarğılardan istifadə edin. Kalium yodid həbləri qəbul edin. Sakit olun. Özünüzü daha pis hiss edirsinizsə, ən yaxın tibb müəssisəsinə gedin.”

Mesaj zamanı ekranda tədricən qırmızı kölgələrlə örtülmüş Rusiyanın xəritəsi göstərilib, “Hər kəs dərhal sığınacaq” ifadələri peyda olub.

Rusiya Fövqəladə Hallar Nazirliyi yanlış həyəcan siqnalına görə hakerlərin məsuliyyət daşıdığını bildirib.

“Moskvada radiostansiyaların və telekanalların serverləri sındırıldıqdan sonra saxta hava hücumu xəbərdarlığı edilib”, – məlumatda deyilir.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]