Şimali Koreya lideri : Əsl müharibəyə hazırlaşın! – Özəl

Kim Çen In ordusuna “əsl müharibə üçün” təlimləri intensivləşdirməyi deyib. Təlimi 11 yaşlı qızı Ju Ae ilə birlikdə izləyən Şimali Koreya lideri fərqli ssenarilərinə hazır olmaq üçün təlimləri təkbətək izləyib.

Aktualtv.az xəbər verir ki, Kim Çen In və qızı Ju Ae ordu komandirləri ilə birlikdə Hvasonqdakı artilleriya təlimini izləyiblər. Şimali Koreya dövlət mediasının yaydığı fotolara görə, təlim zamanı eyni vaxtda 6 qısa mənzilli raket atılıb. Dövlət xəbər agentliyi KCNA bildirib ki, təlimin ssenarisi qərb cəbhəsindəki düşmən aerodromunu vurmaq olub.

Kim Çen In təlim zamanı artilleriya bölmələrinə iki vəzifəyə hazırlaşmalı olduqlarını bildirib ki, bunlardan birincisi müharibənin qarşısını almaq, ikincisi isə real müharibə simulyasiyaları ilə təlimləri gücləndirərək müharibədə məsuliyyəti öz üzərinə götürməkdir.

Şimali Koreyanın raket təlimi və Pxenyandan “real müharibəyə hazırlıq” ritorikası ABŞ və Cənubi Koreyanın bazar ertəsi başlayacaq son 5 ilin ən böyük hərbi təlimindən bir qədər əvvələ təsadüf edib.

Qeyd edək ki, Şimali və Cənubi Koreya arasında münasibətlər son onilliklərin ən pis həddinə çatıb. Nüvə silahına malik Şimali Koreya qadağan olunmuş silahlarla keçirdiyi sınaqların sayını artırarkən, Cənubi Koreya isə buna cavab olaraq Vaşinqtonla hərbi əməkdaşlığı gücləndirməyi seçib.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]