Türkiyənin Malatya şəhərində ayrı-ayrı vaxtlarda 4,7, 4,5 və 4,4 maqnitudada üç zəlzələ qeydə alınıb.
Aktualtv.az xəbər verir ki, ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən bildirilib ki, hələlik hər hansı dağıntı və ya tələfat barədə məlumat yoxdur. Məlumata görə, episentri Malatyanın Pütürge rayonunda olan 4,7 maqnitudada zəlzələ yerli vaxtla saat 04:34-də baş verib. Zəlzələ ocağı yerin 10 kilometr dərinliyində yerləşib.
Saat 05:13-dəki ikinci zəlzələnin episentri də Malatyanın Pütürge rayonunda, zəlzələ ocağı 8 kilometr dərinlikdə olub.
AFAD-ın yaydığı məlumata görə, saat 05:23-də episentri Hatayın Hassa rayonunda yerləşən 4,4 maqnitudada üçüncü zəlzələ qeydə alınıb. Zəlzələ ocağı yerin 11 kilometr dərinliyində yerləşib.
Büllur Məmmədova / aktualtv.az










