Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun Ermənistanda insan hüquq və azadlıqlarının pozulması faktları ilə bağlı hesabatı təqdim olunub.
Aktualtv.az xəbər verir ki, hesabatda 2020-2022-ci illər ərzində Ermənistanda insan hüquq və azadlıqlarının pozulması halları, mülki əhaliyə qarşı qəddar münasibət, nümayişlər zamanı saxlanılan şəxslər, jurnalistlərə qarşı cinayət işləri haqqında və s. geniş məruzə olunub. Hesabatda qeyd edilib ki, insan hüquqları üzrə beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı hər zaman ikili standartlar tətbiq edildiyi halda, Ermənistanın erməni xalqına qarşı son 2 il ərzində antidemokratik, qeyri-insani münasibətləri isə görməzlikdən gəlinir.
Bildirilib ki, xüsusən, 2022-ci ilin aprel-iyul ayları ərzində Ermənistanda polisin nümayiş edən şəxslərə qarşı qəddar münasibəti, səs qumbaralarından istifadə halları beynəlxalq təşkilatlar tərəfindən nədənsə “görülmədi”.
Səbinə Kərimova / aktualtv.az










